Hakim partiyanın binasına bomba atıldı

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Diyarbəkir vilayət təşkilatının inzibati binasına bomba atılıb.

Gecə saatlarında 4 naməlum şəxs tərəfindən AKP-nin binasına iki ədəd əldəqayırma partlayıcı qurğu atılıb. Lakin bombalar binanın yaxınlığındakı mağazanın qarşısında partlayıb. Partlayışın gücündən mağazanın şüşələri qırılıb.

Hadisə yerinə xeyli sayda polis cəlb edilib.

Partiya binasında heç kimin olmadığı bir vaxtda baş vermiş hadisədən dərhal sonra naməlum şəxslərin axtarışına başlanılıb.(trend)