- Köhnə - Region
- 10 Dekabr 2013 08:42
- 4 032
Kiyevdə vəziyyət gərginləşir
Gecə Ukrayna paytaxtı Kiyevdə barrikadaların sökülməsindən sonra vəziyyət gərginləşib. AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, səhər saatlarından etibarən aksiyaçılar yenidən "Avromeydan"a doğru hərəkət edir.
Mitinqçilərin Prezident Administrasiyası, Ali Rada binasına doğru hərəkətinin qarşısını almaq üçün mühafizə tədbirləri gücləndirilib.
Qeyd edək ki, dekabrın 10-da "Berkud" döyüşçüləri Prezident Administrasiyası yaxınlığındakı küçələrdə barrikada və çadırları söküb. Milis əməkdaşları ilə qarşıdurmada bir neçə nəfər yaralanıb. Yaxınlıqdakı kilsədə tibb məntəqəsi yaradılıb.
Elnarə
AzNews.az