Rza Zərrabın “hədiyyəsi” geri qaytarıldı


Türkiyədə dekabrın 17-də "Böyük rüşvət" əməliyyatında həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabla bağlı maraqlı məqam ortaya çıxıb.

Məlum olub ki, R.Zərrab həyat yoldaşı Ebru Gündeşə hədiyyə etdiyi 12 milyon dollarlıq "Challenger 300" tipli təyyarəni əslində kirayəyə götürüb.

Araşdırma nəticəsində məlum olub ki, təyyarənin alnması üçün "Halbank"dan kredit götürülüb. Ancaq kreditlər vaxtında ödənmədiyi üçün təyyarə şirkətə geri qaytarılıb.

R.Zərrabın müsadirə olunan əmlakı üzərindən həbs qərarı götürülsə də təyyarəni geri almaq asan olmayacaq. Çünki bunun üçün R.Zərrab təyyarəni aldığı şirkətlə yeni müqavilə bağlamalı və ödənilməyən kreditləri ödəməlidir.

Elnur
AzNews.az