- Köhnə - Region
- 29 Mart 2014 12:20
- 3 749
Ərdoğan 5000 tərəfdarını itirdi

Türkiyənin İstanbul şəhərində hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) təxminən 4 minə yaxın üzvü istefa verərək Cumhuriyyət Xalq Partiyasına (CHP) keçib.
Türkiyə KİV-lərinin verdiyi məlumata görə, 30 mart seçkilərindən 2 gün əvvəl İstanbulun Əsənyurt rayonunda AKP üzvü olan bir neçə min insan bu partiyanın siyasətinə etiraz edərək müxalifət sıralarına qoşulub.
AKP-dən Əsənyurt bələdiyyə başqanlığına keçmiş namizəd Yunus Kalkan istefaların bu rayonda səsvermənin nəticələrinə ciddi təsir göstərəcəyini söyləyib.
Paytaxt Ankaranın Gölbaşı rayonunda isə təxminən 1000 nəfər AKP-dən istefa verərək Milliyyətçi Hərəkat Partiyasına (MHP) qoşulub.
Xatırladaq ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.(interpress.az)