Səfirdən Ərdoğanın bəyanatına - Münasibət - VİDEO

Ermənilər bütün dünyaya qəbul etdirmək istədikləri qondarma erməni soyqırımının 99-cu ildönümünü qeyd edir.

Bu ərəfədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanat verərək həmin hadisələrdə ölən ermənilərin nəvələrinə başsağlığı verməsi birmənalı qarşılanmayıb. Türkiyənin Azərbaycandakı səfiri Ərdoğanın bu jestinin arxasında dayanan məqamları açıqlayıb.

Türkiyənin Azərbaycandakı səfiri Alpər Coşqunun sözlərinə görə, o zaman yaşanan hadisələri ermənilərin etdiyi kimi mütəmadi və ya digər bütün kədərləri yox sayaraq öz kədərini ön plana çıxarıb bunu bayağı şəkildə həm öz xalqına, həm də dünyaya qəbul etdirmək təşəbbüsü ilə 21-ci əsrdə bir gələcək yaratmaq olmaz: "Bizim o dövrün həqiqətlərini incəliklə araşdırmağımız lazımdır. Türkiyənin baş nazirinin dünənki ifadələrilə ortaya qoyduğu mövqeyin səbəbini də hər kəs yaxşı anlasın, onsuz da bu sadədir. Bu özümüzə olan inamımızdır, tariximizə olan inamımızdır."



AzNews.az