Bələdçi təyyarədən yıxıldı – VİDEO

Rusiyanın paytaxtı Moskvada Domodedovo Hava Limanında bədbəxt hadisə baş verib. AzNews.az-ın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, Yunanıstanın "Aegean Airlines" aviaşirkətinə məxsus olan təyyarənin bələdçisi 25 yaşlı xamın Paraskevi Papaetimiu uçuşa hazırlaşan hava gəmisinin giriş qapısının önündə müvazinətini itirərək, yıxılıb. Hadisə zamanı xanım bələdçi ağır bədən xəsarətləri alıb.

İlkin ehtimala görə, bələdçi təyyarənin qapısı önündə dayanıb. Texniki xidmətin işçiləri təyyarənin trapını uzaqlaşdıran zaman xanım bələdçi müvazinətini itirib və 5 metr yüksəklikdən aşağı düşüb. Ağır vəziyyətdə olan bələdçi xəstəxanaya yerləşdirilib. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan bələdçiyə həkimlər onun çoxlu miqdarda qan itirdiyini və aşağı ətrafında sınıq olduğunu deyiblər. Bələdçiyə ilkin tibbi yardım edilib və onun həyatı təhlükəsi aradan qaldırılıb. Hazırda onun Afinaya aparılması, orada cərrahi əməliyyat olunması üçün hazırlıq işləri aparılır.

Mövzu ilə balı VİDEONU buradan izləyin.

Aydan Axundova
AzNews.az