Ukraynada öldürülən jurnalistin nəşi ölkəsinə göndərildi


Ukraynanın rusiyameyilli separatçı qüvvələr tərəfindən ələ keçirilən Slavyansk şəhərində hökumət qüvvələri ilə gedən döyüşdə qətlə yetirilən italiyalı jurnalistin nəşi ölkəsinə göndərilib.

AzNews.az-ın "Ukraynskaya Pravda" qəzetinə istinadən verdiyi məlumata görə, artıq jurnalist Andrea Rokkellinin cənazəsi İtaliyanın paytaxtı Romaya çatıb.

Xatırladaq ki, italiyalı jurnalistlə bərabər Rusiyadan olan tərcüməçisi Andrey Mironov da onunla birgə aldıqları güllə yarasından ölüb.

Əhməd
Aznews.az