• Region
  • 13 Sentyabr 2012 08:02

Nalbandyan indi də Kiprə gedir

Səfər sentyabrın 13-14-də gerçəkləşdiriləcək Erməni XİN rəhbəri Edvard Nalbandyan sentyabrın 13-də Kiprə rəsmi səfərə gedir. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, 2 günlük səfərdə Nalbandyan kiprli həmkarı Erato Kozakou-Marcoullis və digər rəsmilərlə görüşəcək.

Görüşdə ikitərəfli əhəmiyyət kəsb edən mövzularla yanaşı Avropa Birliyi ilə münasibətlər də müzakirə obyekti olacaq.

Sadiq
AzNews.az