Təlimlərdə 1000 nəfər iştirak edəcək Təlimlərdə 1000 nəfər iştirak edəcək

Gürcülər NATO ilə birgə təlimlərə başladı

Təlimlərdə 1000 nəfər iştirak edəcək



Gürcüstanda NATO təlimlərinə start verilib. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Gürcüstanın Daxili İşlər Nazirliyi Şimali Atlantik alyansın fəlakətlərə cavab üzrə koordinasiya mərkəzi ilə birlikdə Yağlıca poliqonunda təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə təlimlərə start verib.

Təlimlərə 13 ölkənin nümayəndələri qatılacaq. Sentyabrın 22-dən 27-dək baş tutacaq təlimlərdə ümumilikdə 1000 nəfər iştirak edəcək. Yağlıca poliqonu Azərbaycan sərhədindən təxminən 50 km aralıda yerləşir.

AzNews.az