Gürcüstanı qarışdıracaq daha bir video ortaya atıldı Gürcüstanı qarışdıracaq daha bir video ortaya atıldı

DİN nümayəndəsi qətllər sifariş edirmiş

Gürcüstanı qarışdıracaq daha bir video ortaya atıldı



Gürcüstanda parlament seçkiləri öncəsi ictimai fikri çaşdıran və hökumətin mövqeyinə zərbə vura biləcək yeni video yayımlanıb. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, "Maestro" telekanalında yayımlanan video da Daxili İşlər nazirinin nümayəndəsi Rusiyada fəaliyyət göstərən "qanuni oğru" Vato Kipianinin öldürülməsini sifariş edir.

Video müəllifi iddia edir ki, Daxili İşlər nazirliyinin Konstitusiya Təhlükəsizliyi departamentinin rəhbəri Teymuraz Pataridze öz qardaşı Otar Pataridze vasitəsilə milliyətcə çeçen killerlə sövdələşmə aparıb. Killerə 100 min dollar vəd edilib.

Müxtəlif vaxtlarda çəkilən kadrlardan məlum olur ki, killer Kipianini öldürmək əvəzinə vasitəçini girov götürürlər və 100 min dollar aldıqdan sonra onu girovluqdan azad edirlər.

Məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama verib və bildirib ki, kriminal aləmlə Rusiya xüsusi xidmət orqanlarının birgə hazırladığı təxribatdır. Məqsəd isə seçkiləri pozmaq və əhali arasında çaşqınlıq yaratmaqdır. Həmçinin qeyd edilib ki, girov məsələsi təhrif olunub. Videoda adı keçən şəxsin həyatı həqiqətən təhlükədə olub ancaq təqdim edildiyi kimi yox. Onun ailə üzvlərindən külli miqdarda pul istənilib.

Sadiq Musa
AzNews.az
image description