3 azərbaycanlı Gürcüstanda millət vəkili oldu

Gürcüstan parlamentinə seçkilərdə iştirak edən 16 azərbaycanlı namizəddən 3 nəfərin millət vəkili seçildiyi dəqiqləşib.

APA-nın Gürcüstan bürosuna açıqlama verən hakim partiyanın Marneuli seçki dairəsindən namizədi Azər Süleymanov seçicilərin 73,3 faizinin səsini topladığını və deputat mandatı qazandığını deyib.

Proporsional seçki sistemi üzrə isə "Gürcü arzusu" blokunun namizədi Əli Məmmədovun deputat seçildiyi yəqinləşib. Blokun namizədlər siyahısında 32-ci olan Əli Məmmədov APA-ya açıqlamasında bu partiyanın namizədlərindən Mahir Dərziyevin də deputat seçildiyini deyib.

AzNews.az