“Gürcü arzusu“ liderdir

Gürcüstan MSK səslərin 99,68 faizini hesablayıb



Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) indiyədək 3 766 seçki məntəqəsindən 3 684-dən (99,68 faiz) alınan məlumatları hesablayıb.

Trend-in məlumatına görə, ilkin məlumata əsasən, Bidzina İvanişvilinin lideri olduğu müxalif "Gürcü arzusu" koalsiyası 54,88 faiz səslə (1 182 384 səs) liderliyini davam etdirir.

İkinci yerdə 40,39 faiz (870 281 səs) səslə hakim Vahid Milli Hərəkat Partiyası qərarlaşıb. Sonrakı yerləri müvafiq olaraq, Giorgi Tarqamadzenin Xristian-Demokratik Hərəkatı (2,04 faiz - 44 058 səs) və Şalva Natelaşvilinin Gürcüstan Leyborist Partiyası (1,2 faiz - 26 725 səs) tutur.

AzNews.az