Gürcüstan Ermənistana qaz verdi

Bu gün səhər saatlarında Ermənistana Gürcüstan ərazisi vasitəsilə Rusiya qazının nəqli bərpa olunub. AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, "ArmRosQazprom" QSC açılayıb.

Qeyd edək ki, Gürcüstanın Qaz Nəqli Şirkəti oktyabrın 1-dən "Şimali Qafqaz-Zaqafqaziya" kəmərində aparılan təmir işləri ilə əlaqədar Ermənistana qaz nəqlini 3 gün müddətinə dayandırdığı barədə məlumat verib. "ArmRosqazprom" isə Ermənistanın qaz təchizatında fasilə yaranmayacağını bildirib.

Sevinc
AzNews.az