- Köhnə - Region
- 5 Oktyabr 2012 08:10
- 3 143
Klinton Saakaşvilidən izahat istədi
Verilən məlumata görə, xanım Klinton Saakşavilidən Mərkəzi Seçki Komissiyasının üzvlərinə qarşı edilən təzyiqlərə izahat istəyib. Onun Bidzin İvanişviliyə də telefon açdığı gələn xəbərlər arasındadır.
ABŞ Dövlət katibi İvanişvilini seçkilərdə qazandığı qələbə münasibəti ilə təbrik edib. Klinton iki ölkə arasında münasibətlərin davamlı olaraq inkişaf etdirilməli olduğunu deyib və əlavə edib ki, o, İvanişvilinin səylərini yüksək qiymətləndirir.
Xatırladaq ki, İvanişvili Baş nazir kimi ilk xarici səfərini ABŞ-a edəcəyini bildirmişdi.
Sadiq Musa
AzNews.az