Yeni hökumət strateji prioritetləri dəyişməsə də Moskva ilə münasibətlərin vacibliyini anlayır Yeni hökumət strateji prioritetləri dəyişməsə də Moskva ilə münasibətlərin vacibliyini anlayır

İvanişvili Rusiya ilə bağlı “yol xəritəsi” hazırlayır

Yeni hökumət strateji prioritetləri dəyişməsə də Moskva ilə münasibətlərin vacibliyini anlayır



Gürcüstanda Rusiya məsələsi gündəmdə qalmaqda davam edir. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, İvanişvilinin ətrafında artıq rəsmi Moskva ilə münasibətlərin bərpası ilə bağlı "yol xəritəsi" hazırlıqlarına başlanıb. İvanişvili özü də dəfələrlə bildirib ki, o, ölkənin strateji prioritetlərini dəyişmək niyyətində deyil. Sadəcə olaraq Rusiya ilə münasibətlərin yoluna qoyulmasını vacib sayır.

Düzdür hələ ki, yeni hökumət hansısa sənəd ortaya qoymasa da ilkin olaraq iqtisadi əlaqələrin bərpa olunması nəzərdə tutulur. Gürcüstanda hesab edirlər ki, bundan əvvəl yürüdülən siyasi xətt də reallıqlar nəzərə alınmayıb. Gürcüstan Rusiya bazarından sıxışdırılıb. Əsasən kənd təsərrüfatı məhsulları ilə Rusiya bazarına daxil olan Gürcüstan hər il kifayət qədər gəlirdən məhrum olur. Ancaq onu da demək olmaz ki, iki ölkə arasında münasibətlər əvvəlki kimi olacaq.

Gürcüstan heç vaxt Abxaziya və Cənubi Osetiyanın itkisi ilə barışa bilməz. Burada əslində Qərblə Gürcüstanın mövqeyi üst-üstə düşür. ABŞ-da da hesab edirlər ki, Rusiya ilə Gürcüstan arasında münasibətlər aydın və proqnozlaşdırıla bilən olmalıdır.

Çünki Qərb Cənubi Qafqazda sürprizlər yaşamaq fikrində deyil. Əlaqələrin normallaşması da məhz bu istəkdən irəli gəlir. Gürcüstanın da münasibətlərin bərpasından gözləntiləri var. Tibilisi istəyir ki, Şimali Qafqazda təhlükəsizlik məsələləri həllini tapsın və ölkə içərisində Rusiya tərəfindən yen təxribatlar törədilməsin.

Əslində Rusiya baxımından diplomatik və iqtisadi əlaqələrin bərpasını o, qədərə də sərfəli adlandırmaq olmaz. Çünki Rusiyada da yaxşı bilirlər ki, İvanişvili Moskvanın namizədi kimi təqdim olunsa da o, Saakşvilinin bir az yumşaq variantıdır. Ona görə də, hətta diplomatik və iqtisadi münasibətlər bərpa olunsa belə türklər demişkən "ana konularda" gərginlik olduğu kimi qalacaq.

Sadiq Musa
AzNews.az