“Hakim Respublika Partiyasının üzvü, parlamentin sədri Qalust Saakyanın səsləndirdiyi “Erməni ailəsini qətlə yetirən rus hərbçisi Valeri Permyakovun Ermənistana verlməsi məsələsi bir il ertələnməlidir” fikrinin heç bir hüququ əsası yoxdur”. “Hakim Respublika Partiyasının üzvü, parlamentin sədri Qalust Saakyanın səsləndirdiyi “Erməni ailəsini qətlə yetirən rus hərbçisi Valeri Permyakovun Ermənistana verlməsi məsələsi bir il ertələnməlidir” fikrinin heç bir hüququ əsası yoxdur”.

Erməni vəkil Serj Sarkisyanı ittiham etdi – SƏBƏB

“Hakim Respublika Partiyasının üzvü, parlamentin sədri Qalust Saakyanın səsləndirdiyi “Erməni ailəsini qətlə yetirən rus hərbçisi Valeri Permyakovun Ermənistana verlməsi məsələsi bir il ertələnməlidir” fikrinin heç bir hüququ əsası yoxdur”.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Epress" saytı erməni vəkil Arutyun Baqdasaryana istinadən deyib.

Qeyd edək ki, Ermənistan parlamentinin son iclasında "İrs" fraksiyasının deputatı Zarui Postancyan "Valeri Permyakovun Ermənistana verilməsi" layihəsini müzakirəyə çıxarsa da hakim partiya həmin layihəni dəstəkləməyib.

"Permyakov 3 aydır ki, həbsdədir. Əgər Rusiya tərəfi onun cinayət işini sentyabr ayınadək yekunlaşdırıb məhkəməyə versə, deməli biz heç vaxt Permyakovu tələb edə bilmərik", - deyə vəkil əlavə edib.

Hakim partiyanın üzvü Vaqram Baqdasaryan isə Permyakovun Ermənistana verilməsi məsələsini "siyasi spekulyasiya" adlandırıb: "Hakim partiya olaraq biz bu spekulyasiyada iştirak etmək istəmirik".

Qeyd edək ki, Respublika Partiyasının sədri ölkə prezidenti Serj Sarkisyandır.