Arut Sasunyan: “Bu tələb ermənilərə ziyan gətirir” Arut Sasunyan: “Bu tələb ermənilərə ziyan gətirir”

Ermənilər qondarma “soyqırım”dan imtina edir

Arut Sasunyan: “Bu tələb ermənilərə ziyan gətirir”



"California Courier" qəzetinin baş redaktoru, 30 ilə yaxın müddətdə qondarma "erməni soyqırımı"nın tanınması tələbi ilə çıxış edən Arut Sasunyan bu sahədə əldə edilən nəticələrdən razı qalmadığını vurğulayıb.

O, keçirdiyi mətbaut konfransında bildirib ki, qondarma "soyqırım"ın tanınması tələbi artıq ermənilərə kömək etməməklə yanaşı onlara ziyan gətirir: "Türklər bizim bu tələblə kifayətlənməyimizdən sevinirlər. Biz ədalət tələb etməliyik, hətta Ərdoğan da adalətə qarşı olduğunu söyləyə bilməz".

"Ədalət" sözünün ifadə etdiyi mənaya gəlincə isə, erməni baş redaktor bura ərazi iddiası, maddi təzminat və mədəni irsin qorunmasının daxil olduğunu vurğulayıb. Sasunyan həmçinin 350 deputatdan ibərət diaspora parlamentinin yaradılmasını da tələb edib.

Alpər
AzNews.az