- Köhnə - Region
- 13 Oktyabr 2012 10:59
- 3 115
Suriyada Rusiyalı jurnalist itkin düşdü

Həmkarlarının bildirdiyinə görə, sonuncu dəfə jurnalisti Dəməşqdən Tartusa yollanarkən görüblər. Daha sonra ondan xəbər almaq mümkün olmayıb.
Artıq məsələ ilə bağlı Suriya hökumətinə müraciət də edilib. Qarşı tərəf isə Rusiyanı əmin edib ki, jurnalistin tapılması istiqamətində lazımi addımlar atılacaq.
Qeyd edək ki, Suriyada itkin düşən jurnalistlərin dəqiq sayı məlum olmasa da, kifayət qədər çoxdur.
Sadiq Musa
AzNews.az