- Köhnə - Region
- 16 Oktyabr 2012 08:01
- 2 954
Saakaşvili maliyyə resurslarını itirir
O, rus dilli PİK kanalını maliyyələşdirə bimir
Saakşavilnin birbaşa dəstəyi və maliyyəsi açılmış rus dilli PİK kanalı ciddi maliyyə çatışmazlığı ilə üzləşib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, kanal maliyyə çatışmazlığı ucbatından bağlanmaq təhlükəsi altındadır.Kanal rəhbərliyini məyus edən məqamlardan biri də, yeni hökumətin kanalın fəaliyyətində maraqlı olmamasıdır. Yeni hökumət hesab edir ki, Saakaşvilinin təbliğat maşını kimi işləyən kanala onların ehtiyacı yoxdur və onlar siyasi kursu dəyişiblər. Kanal rəhbərliyindən Rusiya mətbuatına verilən məlumata görə, onların problemləri oktyabr seçkilərindən sonra yaranıb.
Burada maraqlı bir məqam isə, Saakaşvilinin güclü təbliğat vasitəsini əlində saxlaya bilməməsi və ya saxlamaqda maraqlı olmamasıdır. Bu iki ehtimaldan heç biri hələ ki, tam təsdiqini tapmasa da, hesab edilir ki, Saakaşvili yeni hökumətə problem olmamaq üçün öz təbliğat silahından imtina edir.
Sadiq Musa
AzNews.az