Ermənilərin 70 faizi yoxsul yaşayır

Ermənistanın baş naziri Tiqran Sarkisyan ölkə əhalisinin 30 faizinin yoxsulluq həddində yaşadığını bildirib. Ancaq Ermənistan mətbuatı yoxsul əhalinin sayının daha artıq olduğunu bildirərək baş naziri yalan danışmaqda ittiham edib.

"Aykakan Jamanak" qəzetinin yazdığına görə, ölkədə yoxsulluğun səviyyəsi dəfələrlə artıqdır: "Prezident Aparatında belə metodologiya var ki, 33 min 500 dramdan az əmək haqqı alan kasıbdır. Amma statistika xidməti ölkədə yaşayış minimumunun 53 min dram olduğunu bəyan edir. Məntiq göstərir ki, 53 mindən az əmək haqqı alan şəxslər kasıblıq həddində yaşayırlar. Əhalini 60-70 faizi isə bu məbləği almır".

Elnarə Əlosmanqızı
AzNews.az