Ukrayna ilə Rusiya arasında dil qalmaqalı

Rusiya qazı ucuzlaşdırmadığından dövlət dili haqqında qanuna dəyişiklik edilir
Ukraynada qəbul edilmiş rus dili haqında qanun yenidən müzakirə mövzusuna çevrilib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qanuna yenidən baxıla və dəyişiklik edilə bilər. Belə ki, əhalinin 10 faizdən çoxunu ruslar olduğu bölgələrdə rus dili ikinci dil statusundadır.

Ancaq Ukraynalılar bu vəziyyətdən narazı idilər və hesab edirdilər ki, bu addım qanuni şəkildə ruslaşmaqdır. Hökumət isə bu addıma ona görə getmişdi ki, Rusiyadan qazı ucuz qiymətə alsın. Ancaq gözlənilən olmadı və Rusiya qazı ucuz qiymətə satmaqdan imtina etdiyindən Ukrayna rəhbərliyi də mövqeyini dəyişir.

Verilən məlumata görə, məsələ hətta o yerə çatıb ki, dil haqqında yeni qanun hər iki dövlətin başçılarının oktyabrın 22-də Moskvada baş tutacaq görüşündə müzakirə olunacaq. Yeni qanun layihəsində rus dilinin ikinci rəsmi dil kimi istifadə edilməsi üçün həmin ərazidə yaşayanların ən 30 faizi rus dilli olmalıdır.
Sadiq Musa
AzNews.az