Onları həbs gözləyir Onları həbs gözləyir

Prezidentin plakatına boya atdılar

Onları həbs gözləyir

Rusiyanın Omsk şəhərində qalmaqal baş verib. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, Baş nazir və prezidentin plakatına boya atan üç gənc məhkəmə qarşısına çıxarılıb. Onlara qarşı "Vandalizm" maddəsi ilə cinayət işi açılıb. Günahları sübut olunarsa, gəncləri 3 il həbs gözləyir.

Gənclərin vəkilləri isə, cəzanın ağır olduğunu bildirirlər. Vəkil Vladimir Nikitin bildirib ki, digər regionlarda bu hallar inzibati xətalar məcəlləsi ilə cəzalandırılıb. Omskda eyni hala fərqli yanaşma düzgün deyil.

Sadiq Musa
AzNews.az