Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə görüşü barədə danışıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə görüşü barədə danışıb.

Ərdoğan Obama ilə görüşündən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə görüşü barədə danışıb.


AzNews.az Modern.az-a istinadən xəbər verir ki, Ərdoğan "İslam dövləti" (İŞİD) terror təşkilatı barədə müzakirə apardıqlarını deyib.

"Biz İŞİD-lə mübarizə məsələsi ətrafında fikir mübadiləsi apardıq. Koalisiya qüvvələrinin bundan sonrakı proseslərdə atacağı addımları dəyərləndirmək fürsətimiz oldu".

Ərdoğan deyib ki, G20 sammitində beynəlxalq terrorizmə qarşı kəskin mövqe ortaya qoyulacağına inanır.

"Biz kollektiv terrorizm anlayışı ilə üz-üzəyik. Terrorub dini, irqi, milləti, vətəni yoxdur... Bu terror təkcə Fransa xalqına yox, bütün insanlığa qarşıdır".

Qeyd edək ki, prezidentlət Antalyada keçirilən G20 sammiti çərçivəsində bir araya gəliblər.