Urmu gölünün ümidi beynəlxalq təşkilatlara qalıb Urmu gölünün ümidi beynəlxalq təşkilatlara qalıb

BMT-dən azərbaycanlıların dərdinə 135 milyonluq ÇARƏ

Urmu gölünün ümidi beynəlxalq təşkilatlara qalıb



BMT-nın İnkişaf Proqramı Güney Azərbaycandakı Urmu gölünün qurumasının qarşısının alınmasına 135 milyon dollar ayırıb. Bu barədə məlumatı İranın Ətraf Mühiti Qoruma İdarəsinin rəhbəri Məhəmmədcavad Məhəmmədzadə verib. Vəsait Urmu gölündəki ekoloji problemlərin həllinə yönəldiləcək.

Ümumulikdə 2012-2016-cı illər ərzində proqram çərçivəsində İrana 235 milyon dollar ayrılması nəzərdə tutulur. Bu vəsaitin də 135 milyonu Urmu gölü ilə bağlıdır.

Rəsmi məlumata görə, artıq gölün 70 faizi quruyub. Hazırda göl suyunun hər litrində 400 qr duz var ki, bu da canlı aləmi məhv edib.

Gölun qurumasının qarşısını almaq üçün Araz çayından gölə 600 milyon kubmetr suyun axıdılması nəzərdə tutulsa da, bu məqsəd üçün tələb edilən 1,2 milyard dollardan ancaq 900 milyon dolları ayrılıb.

Ötən il Təbriz və Urmu şəhərlərində gölün qurumasına etiraz əlaməti olaraq keçirilən aksiyalarda onlarla soydaşımız həbs edilib.

Alpər Oğuz
AzNews.az