- Qayıdış
- 24 Oktyabr 2020 12:23
- 1 453
Ermənistanın raket atəşi nəticəsində 16 yaşlı mülki vətəndaş həlak oldu
Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter hesabında məlumat verib
Ermənistanın Tərtər şəhərinə raket hücumu nəticəsində 16 yaşlı Orxan İsmayılzadə evlərinə düşən raket zərbəsi nəticəsində həlak olub.
AzNews.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter hesabında məlumat verib.
"Ermənistanın mülki vətəndaşlara xüsusilə uşaqlara qarşı müharibəsi davam edir. Azərbaycanın Tərtər şəhərinə laqeydcəsinə edilən Smerç raket hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan öz evlərinin bağçasında öldürüldü. Orxan hazırda mövsumi olan xurma meyvəsini yığırdı",-deyə Hikmət Hacıyev qeyd edib.