- Qayıdış
- 17 Noyabr 2021 21:07
- 10 160
Sərhəddəki təxribatda məhv edilən erməni hərbçilərin meyiti Bakıdan İrəvana aparılır

"Lakin hava gəmisində heç bir hərbi əsir yoxdur", - "Sputnik Armeniya" məlumat yayıb
Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradov təyyarə ilə Bakıdan İrəvana yola düşüb.
Aznews.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Sayt yazır ki, təyyarənin göyərtəsində son təxribat zamanı ölən erməni hərbçilərinin cəsədləri var. Lakin hava gəmisində heç bir hərbi əsir yoxdur. General Muradov Azərbaycan-Ermənistan sərhədinin Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda olan hissəsindəki vəziyyəti nizamlamaq üçün danışıqlar aparmaq niyyətindədir.