Növbəti köç karvanı Xocavəndin Qırmızı Bazar qəsəbəsinə çatıb, açarlar təqdim olunub - FOTO

Bu gün Xocavəndin Qırmızı Bazar qəsəbəsinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub.

Aznews.az xəbər verir ki, Qırımızı Bazar qəsəbəsində qayıdan sakinlərə qarşılanmadan sonra ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Sakinlər açarları qəbul edərək öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Qırmızı bazar qəsəbəsinə 21 ailə olmaqla 89 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Köçürülən ailələrin evlərdə yerləşməsi üçün bütün zəruri şərait yaradılıb.

image description image description