- Qayıdış
- 17:02
- 1 449
Azərbaycan Azıx mağarasında üç ölkə ilə birgə ekspedisiya aparır
Hazırda Azıx mağarasında Almaniya, Danimarka və Yaponiya beynəlxalq ekspedisiyaları fəaliyyət göstərir.
Aznews.az xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Antroplogiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, Azıx mağarasında artıq ikinci ildir ki, Azərbaycan-Almaniya və Azərbaycan-Danimarka beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyət göstərməkdədir:
"Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası ərazisində, xüsusilə də Azıx və Tağlar abidələrində Almaniya, Danimarka və Yaponiya elmi mərkəzləri ilə bağlanmış memorandumlara uyğun müştərək beynəlxalq ekspedisiyalar fəaliyyət göstərir".