- Qayıdış
- 09:43
- 906
Ağdamda əmək yarmarkası: 67 vakansiya təqdim olunub
Ağdamda növbəti əmək yarmarkası keçirilir.
Dövlət Məşğulluq Agentliyi Ağdam şəhərində növbəti əmək yarmarkası keçirir.
Tədbir azad edilən ərazilərə daimi qayıdan sakinlərin müvafiq işlə təmin olunması məqsədilə təşkil olunur.
Yarmarkada mütəxəssis, xəzinədar, qənnadçı, nəzarətçi, qeydiyyatçı və s. işlər üzrə 67 vakansiya təqdim edilir.
İştirakçılara Dövlət Məşğulluq Agentliyinin icra etdiyi layihə və tədbirlər, həmçinin vakansiyalar, iş öhdəlikləri barədə ətraflı məlumat verilir.