Ruslan Şamsuarov deyilənləri təkzib edib Ruslan Şamsuarov deyilənləri təkzib edib

Vahid Ələkbərovun müavininin başı yenidən dərddə - Oğlu qız zorlayıb

Ruslan Şamsuarov deyilənləri təkzib edib

Azərbaycanlı iş adamı, LUKOYL şirkətinin prezidenti Vahid Ələkbərovun müavini Azat Şamsuarovun başı oğluna görə yenidən dərdə düşüb. İndi də oğlu Ruslan qız zorlamaqda ittiham olunur.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiyanı REN televiziyası yayıb.

Məlumata görə, noyabrın 4-də Doroqomilovo rayon polis idarəsinə Rostov şəhərində qeydiyyatda olan 23 yaşlı Veronika Maksimova adlı bir qız şikayət edib ki, noyabr ayının 2-də Moskvada Qələbə meydanında yerləşən binanın mənzillərinin birində onu Ruslan adlı tanışı zorlayıb.

Polis idarəsindən bildiriblər ki, qız bu haqda polisə ərizə yazıb. Veronikanın Moskva ali təhsil ocaqlarının birində psixologiya fakültəsində oxuduğu deyilir.

Ruslan isə deyilənləri təkzib edib: "Bizim aramızdakı münasibət könüllü baş verib. Qız gedəndən sonra məndən pul tələb etdi. Mən də onun tələbini yerinə yetirmədim. O da gedib polisə müraciət edib".

LUKOYL şirkətindən isə deyilənlərə şərh verilməyib.

Qeyd edək ki, Ruslan Şamsuarov 2016-cı ilin mayında Moskva küçələrində dostları ilə birgə "Gelandewagen" avtomobili ilə saatda 250 kilometr sürətlə avtoşluq edib. Bu olay bütün Rusiyada medianın gündəminə düşüb.

Babək Göyüş

AzNews.az

image description image description