• Rusiya
  • 28 Yanvar 2019 19:07
  •  1 866

Bəy bu hərəkətinə görə biabır oldu: gəlinin burnunu sındırdı - FOTOLAR - VİDEO

Xəstəxanaya çatdırılan gəlinin burnunun sındığı bildirilir.

Evlənəcəyi qadına dostları ilə birgə "qız qaçırma" zarafatı hazırlayan bəy biabır olub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyin dostlarının qeydə aldığı videogörüntülərdə gəlinin bir dostu ilə hadisədən xəbərsiz alış-veriş mərkəzinə doğru getdiyi görünür.

Gəlin namizəd ticarət mərkəzinə girərkən bəy onun üzərinə bir ağ örtük ataraq qaçırır.

Qızı maşına mindirməyə çalışarkən bəyin ayağı ilişir və o, iki dəfə yıxılır.

İki dəfə yerə düşürüldükdən sonra maşına mindirilən qadın xəsarət alır.

Xəstəxanaya çatdırılan gəlinin burnunun sındığı bildirilir.

Rusiyada baş verən hadisənin görüntüləri sosial səbəkələrdə sürətlə yayılıb.