Son gün ərzində qonşu ölkədə koronavirusdan 3 649 nəfər sağalıb Son gün ərzində qonşu ölkədə koronavirusdan 3 649 nəfər sağalıb

Rusiyada COVID-19 xəstələrinin sayı 850,9 minə çatır

Son gün ərzində qonşu ölkədə koronavirusdan 3 649 nəfər sağalıb

Son sutkada Rusiyada koronavirusa 5 427 yeni yoluxma aşkarlanıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla da ölkədə COVID-19 xəstələrinin sayı 850 870 nəfərə çatıb.

“Son sutkada Rusiyada 85 regionda COVID-19-a 5 427 yeni yoluxma, o cümlədən kliniki əlaməti olmayan 1 565 yoluxma aşkarlanıb”, - deyə Rusiyanın Koronavirus İnfeksiyasının Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahından bildirilib.

Qeyd edilir ki, pandemiya ərzində ölkədə virusa ümumilikdə 850 870 yoluxma aşkarlanıb.

Bununla yanaşı, son gün ərzində qonşu ölkədə koronavirusdan 3 649 nəfər sağalıb. Beləliklə, Rusiyada koronavirusdan sağalanların ümumi sayı 650 173 nəfərə yüksəlib.