Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb

Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb

Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır.

AzNews.az-ın xəbərinə görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Avqustun 10-dan Türkiyənin “Turkish Airlines”, “Pegasus Airlines” və “Corendon Airlines” şirkətləri Antalya, Bodrum və Dalamandan Rusiyaya uçuşları bərpa edir.

Rusiyanın 10 aviaşirkəti isə Moskva, Sankt-Peterburq və Rostov-na-Dondan Türkiyənin bu şəhərlərinə uçuş həyata keçirməyə hazırdır.

Qeyd edək ki, martın sonundan yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Rusiya və digər ölkələr arasında aviaəlaqələr dayandırılıb. Avqustun 1-dən Rusiyadan Böyük Britaniya, Tanzaniya və Türkiyəyə uçuşlara başlamağa icazə verilib.