Rusiya koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlarını dayandırmışdı Rusiya koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlarını dayandırmışdı

Moskvada bir sıra aviareys ləğv edilib

Rusiya koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlarını dayandırmışdı

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında bir sıra aviareys ləğv edilib və ya təxirə salınıb.

"Gazeta.ru"nun verdiyi məlumata görə, "Vnukovo" hava limanında 4 aviareys ləğv edilib, 2-s gecikir.

Bildirilir ki, "Şeremetyevo" hava limanında 3 aviareys ləğv edilib, "Dovomodedovo" hava limanında 5 aviareys ləğv edilib, 9-u isə gecikir.

Qeyd edək ki, martın 27-dən etibarən Rusiya koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlarını dayandırmışdı. Lakin avqustun 1-dən etibarən Rusiya Federasiyası bir sıra ölkələrlə beynəlxalq hava trafikini bərpa etmişdi.

AzNews.az