Yanğınla bağlı istintaq başladılıb Yanğınla bağlı istintaq başladılıb

Qocalar evində yanğın - 11 nəfər öldü

Yanğınla bağlı istintaq başladılıb

Rusiyanın Başqırdıstan Respublikasındakı qocalar evində yanğın baş verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İsbuldino kəndində 16 nəfərlik birmərtəbəli binada başlayan yanğında 11 nəfər vəfat edib, 3 nəfər xəstəxanaya yerləşdirilib.

Nəzarətə alınan yanğınla bağlı istintaq başladılıb. Qocalar evinin lisenziyası olmadığı və özəl yaşayış yeri kimi istifadə edildiyi məlum olub.

Səidə

AzNews.az