Rusiya prezidentinin Federal Məclisə budəfəki müraciəti Ukraynanın şərqində baş verən hadisələrin müharibəyə keçmək ehtimalı olduğu ərəfəyə təsadüf edir Rusiya prezidentinin Federal Məclisə budəfəki müraciəti Ukraynanın şərqində baş verən hadisələrin müharibəyə keçmək ehtimalı olduğu ərəfəyə təsadüf edir

Putin 21 apreldə müraciət edəcək - İstefa verəcək, yoxsa...

Rusiya prezidentinin Federal Məclisə budəfəki müraciəti Ukraynanın şərqində baş verən hadisələrin müharibəyə keçmək ehtimalı olduğu ərəfəyə təsadüf edir

Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətinin dəqiq vaxtı və məkanı nəhayət ki, bəlli olub. “Kommersant”ın məlumatına görə, Moskvanın Manej meydanın mərkəsi sərgi salonunda keçiriləcək mərasim aprelin 21-də baş tutacaq.

Qeyd olunur ki, 2018-ci ildə də prezident Putin parlamentarilərə müraciətini bu məkandan edib. Bu salon prezidentin nitqi üçün müasir multimedia avadanlıqlarından istifadə edə bilməsi üçün seçilmişdi. Prezident həmin çıxışı dünya mediasında ciddi əks-səda doğurmuşdu. Putin çıxışında ölkəsinin nüvə və yeni ultramüasir raketlərindən bəhs etmişdi. Tamaşaçılara müasir rus silahlarından ibarət videoçarx nümayiş olunmuşdu. Bildirilir ki, aprelin 21-bə planlaşdırılan tədbir sanitariya və epidemioloji qaydalara uyğun olaraq keçiriləcək.

1563506544_0_0_2534_1426_600x0_80_0_0_f94cb3f7691699e9c48709c3abededf3.jpg (54 KB)

Prezidentin Federal Məclisə hər il müraciət etməsi Rusiya Konstitusiyasında təsbit edilib. 2008-2016-cı illərdək Federal Məclisə illik müraciətlər Kremldə keçirilirdi. 2017-ci ildə tədbir prezident kampaniyası səbəbindən 2018-ci il martınadək tarixinə təxirə salındı. Putinin növbəti müraciəti 20 fevral 2019-cu il tarixində “Qostnıy Dvor”da keçirilmişdi. Ötən il isə prezident illik müraciətini çox erkən-15 yanvarda etmişdi. Müraciətin əsas mövzusu konstitusiya islahatlarıı idi: prezident həmin müraciətində onun hakimiyyətini uzadacaq konstitusiyaya düzəlişlər təklif etdi və sonradan 1 iyulda ümumxalq səsverməsi ilə qəbul edildi.

Qeyd olunur ki, prezidentin illik müraciəti səbəbindən Nazirlər Kabinetinin 21 aprelə təyin edilmiş Dövlət Dumasına hesabatı təxirə salınıb.
"Kommersant" yazır ki, prezidentin müraciəti Rusiya büdcəsinə 70 milyon rubla başa gələcək. Bu xərclər məkanın icarəsi və tənzimlənməsi, multimedia avadanlığının quraşdırılması üçün ayrılıb.

1563438872_0_0_2887_1624_436x0_80_0_0_db149fc3bf3c9f1d6614c4b25226395e.jpg (24 KB)

Prezidentin budəfəki müraciəti Ukraynanın şərqində baş verən hadisələrin müharibəyə keçmək ehtimalı olduğu ərəfəyə təsadüf edir. Donbasda gərginlik Rusiyanın qoşunlarını Ukrayna ilə sərhədə cəmləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda həm ABŞ, həm də NATO rəsmi Kiyevə hərbi dəstək verir və mümkün müharibədə də bu dəstəyi verəcəklərini bəyan edirlər.

İddia olunur ki, Putinin əhatəsində prezidenti Donbasda hərbi əməliyyata başlamağa inandıranlar var. Həmin qüvvələr Putini inandırmağa çalışırlar ki, Donbasdakı müvəffəqiyyətli əməliyyat cəmiyyətin konsolidasiyasına, payızda isə vətənpərvər şüarlar altında Dövlət Dumasına uğurlu seçkilərə səbəb ola bilər. Bu isə nəticə etibarilə Putinin hakimiyyətdə qalmaq planlarına xidmət edəcək. O da deyilir ki, bu plan reallaşarsa, Putinin hakimiyyət planları ciddi riskə girə bilər, Ukraynada Qərblə toqquşmaq provokasiyası Rusiya prezidentinin siyasi hakimiyyətinin sonunu tezləşdirə bilər. Gözlənilir ki, Putin Federal Məclisə müraciətində bu məsələyə də ciddi bir bölüm ayıracaq, ölkəsinin mövqeyini açıqlayacaq.

32.JPG (31 KB)

Putinin Federal Məclisə müraciət ərəfəsində daha bir sensasion iddia da yayılıb. Bildirilir ki, “Putin nəsə çox ciddi bir hazırlıq içərisindədir”. “Avropa da Putinin mühüm qərar ərəfəsində olduğundan, hətta gedə biləcəyindən xəbərdardır. Bu səbəbdə “Qoca qitə” hətta ABŞ prezidenti Putinə “qatil” deməsini də təmkinlə qarşıladı, bu məsələdə məsafəli davrandı, Moskvanı çox qıcıqlandırmamağa, gözləmə mövqeyi tutmağı üstünlük verdi. Avropa Birliyi də Putinin tezliklə hakimiyyətdən ayrılacağına inanır. Buna görə də hazırkı prezidenti təhrik etməməyə çalışırlar və gözləməyi üstün tuturlar. Bunu Putin özü edəcək və 2023-2024-cü illərdən xeyli əvvəl” deyə, tarixçi və politoloq Valeriy Solovey “Exo Moskvı” radiosuna açıqlamasında bildmişdi. Digər bir anti-Krem mövqeli politoloq İqor Skurltaov isə deyib ki, Putin "özündən asılı olmayan səbəblər" üzündən prezidentlikdən gedə bilər, hətta bunu Federal Məclisə illik müraciətində edə bilər... (Musavat.com)