Ermənistanda insanlar normal həyat şəraiti və dövlətin inkişafını istəyirlər Ermənistanda insanlar normal həyat şəraiti və dövlətin inkişafını istəyirlər

Ermənistan əhalisi qisas alma fikrini rədd etdi - İqor Korotçenko

Ermənistanda insanlar normal həyat şəraiti və dövlətin inkişafını istəyirlər

Ermənistan əhalisi qisas almaq fikrini rədd etdi, insanlar normal həyat şəraiti və dövlətin inkişafını istəyirlər.

Aznews.az xəbər verir ki, bunu Milli Müdafiə jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

O bildirib ki, bu, yalnız qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri ilə mümkündür: "İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, minalanmış ərazilərin xəritələrinin verilməsi və bütün məsələlərin həlli, sərhədin delimitasiyası və demarkasiyasından sonra Ermənistan yeni şərtlərdə hərtərəfli inkişaf edəcək".

Korotçenkonun sözlərinə görə, erməni xalqı seçimini etdi və bu seçim intiqam almaq deyil, dinc inkişafa tərəfdar olmaqdır: “Seçki nəticələri Koçaryanın rəhbərlik etdiyi revanşist qüvvələrə böyük bir zərbədir. Bunlar öz problemləridir. Aydındır ki, Ermənistan indiki mövqeyində intiqam almağı xəyal etməməlidir".