- Rusiya və İran
- 12 May 2020 23:27
- 7 405
Moskvada koronavirusdan ölənlərin sayı 1 200-ü ötdü
Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb
Rusiyanın paytaxtı Moskvada son bir gündə koronavirusdan 50-dən çox pasiyent ölüb.
AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.
Qeyd edilir ki, bununla da paytaxtda COVID-19-dan ölənlərin sayı 1 232 nəfərə çatıb.
"Moskvada pnevmaniya diaqnozunun təsdiq edildiyi və koronavirus testlərinin müsbət nəticə verdiyi 53 pasiyent öldü", - qərargahda bildiriblər.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.