Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 170 min nəfər artıb

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat səviyyəsinin müəyyən edilməsi haqqında” fərman imzalayıb.

Aznews.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

ələrinin ştat vahidi 1 milyon 320 min nəfərdən 2 milyon 209 min130 nəfərə qədər artırılıb.

Bu, rəqəm əvvəlkindən 170 min nəfər çoxdur.

Sayın artması müqavilə əsasında hərbi xidmət keçmək arzusunda olan vətəndaşların hesabına baş verib.

Bildirilib ki, vətəndaşların müddətli hərbi xidmətə çağırışının əhəmiyyətli dərəcədə artırılması, səfərbərlik nəzərdə tutulmur.

Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının artması Rusiya Federasiyasına xüsusi hərbi əməliyyatlarla bağlı təhdidlərin çoxalması və NATO-nun davam edən genişlənməsi ilə bağlıdır.