- Rusiya və İran
- 17:31
- 1 078
Rusiya: Biz ABŞ ilə Ukrayna ilə bağlı danışıqlara hazırlaşırıq
Peskov paytaxt Moskvada jurnalistlərin cari məsələlərlə bağlı bəzi suallarını cavablandırıb.
ABŞ və Rusiya rəsmilərinin tezliklə Mayamidə görüş keçirəcəkləri ilə bağlı xəbərləri şərh edən Peskov deyib : "Həqiqətən də, amerikalıların avropalılar və ukraynalılarla gördüyü işlərin nəticələri barədə məlumat almaq üçün amerikalı həmkarlarımızla müəyyən əlaqələrə hazırlaşırıq".
Peskov, Venesuelanın şimal sahillərində ABŞ hərbi mövcudluğunun artması və bölgədəki gərginliyin artması ilə bağlı deyib : "Latın Amerikası bölgəsində gərginliyin artdığını görürük və bunu potensial olaraq çox təhlükəli hesab edirik".
Region ölkələrini təmkinli olmağa çağıran Peskov, "Venesuela bizim müttəfiqimiz, tərəfdaşımızdır. Ən yüksək səviyyədə də daxil olmaqla, daimi əlaqələrimiz var", - deyə qeyd edib.
Mövsüm,
AzNews.az