ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyinə bağlı Xarici Aktivlərin Nəzarəti Ofisi (OFAC) İranın “kölgə donanması”na qarşı əlavə sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Bəyanatda İran nefti ilə bağlı məhsulların daşınmasına vasitəçilik etdikləri əsas gətirilərək 29 gəminin sanksiya siyahısına salındığı bildirilib. Qeyd olunub ki, sözügedən gəmilər yüz milyonlarla dollar dəyərində daşınmalara cavabdeh olub.

Sanksiyaların, gəmilərlə əlaqəli olduğu iddia edilən misirli iş adamı Hatəm Əlsəid Fərid İbrahim Sakrı, həmçinin Hindistan, Panama və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla müxtəlif ölkələrdə fəaliyyət göstərən bəzi dənizçilik şirkətlərini də əhatə etdiyi vurğulanıb.

İrana qarşı “maksimum təzyiq kampaniyası

Açıqlamada fikirlərinə yer verilən ABŞ Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə müavini Con Hörli bildirib ki, bu sanksiyalar İranın hərbi və silah proqramlarını maliyyələşdirmək üçün istifadə etdiyi neft gəlirlərini hədəf alır və nazirlik bu istiqamətdə addımlarını davam etdirəcək.

ABŞ Dövlət Departamenti də məsələ ilə bağlı yaydığı açıqlamada Vaşinqton administrasiyasının İranın “sabitliyi pozan fəaliyyətlərini” maliyyələşdirən gəlir mənbələrindən məhrum edilməsini məqsəd qoyan “maksimum təzyiq kampaniyası” çərçivəsində tədbirlər görməyə davam edəcəyini qeyd edib.

Mövsüm,

AzNews.az