Novak: Qərbdəki aktivlərimizin müsadirəsinə cavabımız olduqca sərt olacaq

Rusiyanın Qərbdə dondurulmuş aktivlərinin mümkün müsadirəsinə cavab vermək üçün planı var.

Aznews.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, müvafiq plan hazırlanıb və Rusiya aktivləri müsadirə olunarsa, plan həyata keçiriləcək.

Novak Rusiyanın cavabının qarşılıqlı və olduqca sərt olacağını qeyd edib.