- Rusiya və İran
- 19:28
- 1 485
Rusiya: ABŞ nümayəndələri ilə görüşlər keçirildi
Rusiya ilə Ukrayna arasında sülhün təmin olunması məqsədilə ABŞ-ın rəhbərliyi ilə aparılan danışıqlar gündəmdə qalmaqda davam edir.
Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskva şəhərində jurnalistlərə aktual məsələlərlə bağlı açıqlamalar verib.
Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-li rəsmilərlə görüş keçirib və görüşün nəticələri barədə Prezident Putinə məlumat verilib.
Onun sözlərinə görə, təqdim olunan məlumat təhlil edilib və Putinin göstərişi ilə Rusiya və ABŞ rəhbərliyinin nümayəndələri arasında təmas baş tutub. Telefon danışığında Rusiya tərəfini Kremlin Xarici Siyasət üzrə müşaviri Yuri Uşakov, Ağ Evi isə bir neçə nümayəndə təmsil edib. Tərəflər dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Kremlin sözçüsü Rusiya ilə ABŞ arasında keçirilən görüşlərin məzmunu ilə bağlı ətraflı məlumat vermək istəmədiyini qeyd edərək, “Hazırda bu, danışıqlar prosesinə mənfi təsir göstərə bilər”, — deyə vurğulayıb.