- Rusiya və İran
- 16:28
- 1 040
Nə meydanı, nə də danışıqlar masasını tərk etmişik...
İran heç bir təhdid qarşısında geri çəkilməyəcək.
AzNews.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian X hesabında bildirib.
Pezeşkian qeyd edib ki, milli təhlükəsizlik hökumətin prioritetidir:
“İran xalqının hüquqları qətiyyətlə müdafiə olunacaq. Biz nə meydanı, nə də danışıqlar masasını tərk etmişik”.
Məsud Pezeşkian birlik və rasional yanaşma ilə İranın bu sınaqdan da üzüağ çıxacağını əlavə edib.
Qeyd edək ki, ötən gecədən başlayaraq, İran İsrailə hücumları bərpa edib. Səhər saatlarında isə İsrail paytaxt Tehran daxil olmaqla, İranın bir neçə şəhərini vurub.
Əlavə edək ki, artıq İran Silahlı Qüvvələri İsrailə qarşı hərbi əməliyyatlarını başa çatdırdığını açıqlayıb.