Almaniyada hökumətə qarşı kütləvi etirazlar: Mertsin istefası və növbədənkənar seçkilər tələb olunur

Almaniyada hökumət əleyhinə genişmiqyaslı etiraz aksiyaları keçirilib. Nümayişçilər kansler Fridrix Mertsin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Etirazçıların hazırladığı 11 maddədən ibarət tələblər paketində hakimiyyət dəyişikliyi, təcili seçkilərin keçirilməsi, hərbi münaqişə tərəflərinə maliyyə dəstəyin dayandırılması, enerji qiymətlərinin aşağı salınması və miqrasiya siyasətinin sərtləşdirilməsi kimi məsələlər yer alıb.

Aksiya iştirakçıları Almaniyanın müxtəlif bölgələrindən etirazlara qatılıblar. Onlar ölkədə yürüdülən siyasi kursdan narazı olduqlarını bildirərək hökumətin vətəndaşların maraqlarını lazımi şəkildə müdafiə etmədiyini iddia ediblər.

Etiraz aksiyasında iştirak edən Bavariya sakini bildirib ki, Fridrix Merts Almaniyanın maraqlarını təmsil etmir.

Nümayişlər Almaniyada siyasi vəziyyət və hökumətin fəaliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Mövsüm,

AzNews.az