AB-dən İrana qarşı sanksiyalar...

Avropa Birliyi (AB) Hörmüz boğazında gəmiçilik azadlığını təhdid etdiyinə görə iki İran vətəndaşına və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölməsinə qarşı sanksiyalar tətbiq edib.

AzNews.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) bəyanatında qeyd olunub.

Sanksiya siyahısına SEPAH-ın Hörmüzgan əyalətinin Hərbi-Dəniz Qüvvələrinin komandanlığı, həmçinin Məhəmməd Əkbərzadə və Həmid Hüseyni daxil edilib.

Bildirilib ki, Əkbərzadə SEPAH-ın Hərbi-Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə komandir müavini, Hüseyni isə İranın neft, qaz və neft-kimya məhsulları ixracatçıları İttifaqının nümayəndəsidir.