Elnarəyə növbəti 71 mindən artıq hədiyyə - FOTOSESSİYA

Müğənni Elnarə Xəlilova ifa etdiyi sözləri və musiqisi Günel Sərdarqızına aid olan "Ha-Ha" adlı mahnısına İstanbulda çəkdirdiyi klipin ilk ajiotaj doğuracaq sədası çox danışılacaq.

AzNews.az-a açıqlamasında müğənni bildirib ki, "Ha-Ha" mahnısına çəkilən klipin qiyməti çox yüksək məbləğdədir. O, bu klipin qiymətinin "Centlemen" mahnısına çəkilən 71 min avroluq klipin qiymətindən artıq olduğunu söyləyib: "İkinci işim hədiyyə olunmalı idi və elə də oldu. Belə bir söz var: "Verilən atın dişinmə baxmazlar".

Qısası, klip hədiyyədir. Klipin çoxlu sponsorları var ki, onlar birləşib bu klipi mənə hədiyyə ediblər. Qiyməti də 71 min avrodan çoxdur".

Qeyd edək ki, həmkarları Elnarənin "Centlemen" klipinin qiymətiylə bağlı müxtəlif fikirlər söyləsələr də, birmənalı yanaşmayıblar.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description