Brilliant Dadşaovanın etirafı, Selami Şahinin Azərbaycanla bağlı açıqlaması Brilliant Dadşaovanın etirafı, Selami Şahinin Azərbaycanla bağlı açıqlaması

“Ajda Pekanı anası və bacısı mənim qədər sevə bilməz”

Brilliant Dadşaovanın etirafı, Selami Şahinin Azərbaycanla bağlı açıqlaması



Xalq artisti Brilliant Dadaşovanın Türkiyənin TMB telekanalında yayımlanan "Pırlantalı gecələr" verilişinin bu həftəki qonağı müğənni, bəstəkarı və söz yazarı Selami Şahin olub.


AzNews.az
-ın məlumatına görə, S.Şahin söhbətə Bakı xatirələri ilə başladı. Paytaxtımızın qonaqpərvərliyindən məmnun qalan müğənni yenidən ölkəmizə gəlmək arzusundadır. Onun Azərbaycanda ən sevilən mahnılarından biri də "Özlədim"dir. Aparıcının təşəbbüsü ilə verilişdə Mirzə Babayevin ifasında bu mahnı yayımlanıb.

Azərbaycan müğənnisinin mahnısının ifa edilməsindən razı qaldığını söyləyən S.Şahin mahnının maraqlı yaranma tarixindən də danışıb: "Konsertdən evə çox gec gəlmişdim. Qapının zəngini vurdum, lakin xanımım qapını gec açdı və incik halda "neredeydin, orada qalsaydın" dedin. Səhər yuxudan oyananda gördüm ki, başqa otaqda yatıb. Qələmi əlimə aldım və bu mahnının sözlərini yazdım. Gün ərzində bəstəsini də bitirdim. Aramızdakı küskünlük "Özlədim"in yaranmasına səbəb oldu".

Veriliş boyu hər iki sənətçi 33 yaşı olan "Sənin də başın dərdə", "Getmə, sənə möhtacım", "Sənsiz olmuyor" və digər mahnılarını duet ifa ediblər.

Şəxsi və iş həyatından, dostluqlarından, evliliyindən, övladlarından söhbət açan S.Şahin belə deyib: "Türkiyədə söz yazarları, bəstəçilər yaxşı pul qazanmırlar".

"Heykəlinizi yaşarkən qoymusunuz" fikri ilə qonağının sənətinə sevgisini bildirən B.Dadaşova digər bir türkiyəli müğənniyə də sevgisi maraqlı cümlə ilə ifadə edib: "Mən düşünürəm ki, Ajda Pekanı anası və bacısı mənim qədər sevə bilməz".

Fuad Mədətov
AzNews.az