Bu film “Titanik”in rekordunu təzələdi - Foto - Video

Bu gün Amerika kino akademiyası “Oskar” mükafatına namizədlərin adını açıqlayıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, nominasiyaların sayına görə “La La Lend” filmi “Titanik” və “Yeva haqqında hər şey” filminin rekordunu təzələyib. Belə ki, Demyen Şazellin filmi 14 nominasiyada ilin əsas kino mükafatına namizəddi.

Emma Stoun və Rayan Qoslinqin baş rollarda çəkildiyi film "Ən yaxşı film" , "Ən yaxşı kişi rolu", "Ən yaxşı qadın rolu" və "Ən yaxşı rejissor" kateqoriyalarında mükafat ala bilər.

Həmçinin, musiqi - "Ən yaxşı saundtrek", "Ən yaxşı mahnı", “Ən yaxşı səs effektləri” kateqoriyalarında yer alıb.

Filmin neçə Oskar heykəlciyi alacağını isə fevralın 26-da biləcəyik.