“Nə 50 min manat verəcəm, nə də üzr istəyəcəm”

Xalq artisti Nazpəri Dostəliyevanın həmkarı İlhaməyə Quliyevaya cavabı özünü çox gözlətməyib.

Publika.Az-a bu barədə danışan Nazpəri xanım nə üzr istəyəcəyini, nə də 50 min manat ödəyəcəyini bildirdi:

"Məhkəmə hələ bitməyib. Qoy məhkəmə bitsin, bütün qaranlıq məsələlərə aydınlıq gətirilsin. Ondan sonra bütün həqiqətlər açılacaq və mən danışacağam. Hələ gözləyirəm".

Qeyd edək ki, İlhamə Quliyevanın dediyinə görə, məhkəmədə Nazpəri Dostəliyevadan vurduğu mənəvi ziyanla bağlı 50 000 AZN tutulub İlhamə Quliyevaya verilməsi qət edilib. Eyni zamanda qətnamədə qeyd olunub ki, Nazpəri Dostəliyeva etdiyi qeyri-qanuni hərəkətlərə görə İlhamə Quliyevadan üzr istəməlidir.

AzNews.az